Bel fəqərəarası disk yırtıqları
Həyatında bircə dəfə də olsun belində ağrı hiss etməyən,zamanımızda çox təəssüf ki nadir insan tapılar.Bunun səbəbi əzələ ağrısı (mialgiya) ( əzlədə olan iltihab nəticəsində-miozit)olduğu kimi,fəqərəarası disk yırtıqlarıda ola bilər. Həyatımızda insan fəaliyyətinin fiziki yüklənmələrdən tədricən azaldığı kimi, daha çox oturaq həyat tırzi və iş rejimi, bu patologiyanın daha tez tez rast gəlməsinə gətirib çıxarmışdır.
Əsasən L4-L5,L5-S1 (4 və 5 ci bel 1 ci oma fəqərələri səviyyəsində) rast gəlinən disk yırtıqları,bir neçə patologiya ilə (spondilolistez-fəqərə sürüşməsi,spinal stenoz-onurğa kanalının daralması) yanaşı rast gəlinə bilər.
Disk yırtıqları beldə və ayağın arxa,bayır,ön səthi ilə yayılan ağrılarla müşahidə olunur.Adətən konservativ və fizioterapevtik müalicələrlə şikayətlər aradan qaldırılır.Lakin müalicəyə tabe olmayan ağrılar davam edirsə,ağrılar pəncədə tədricən artan keyimə hissi və hərəki zəfliklə davam edirsə,cərrahi müdaxilə icra edilir.
Diaqnozun qoyulması üçün mütləq MRT (maqnit rezonans tomoqrafiya) müayinədən keçmək lazımdır.Disk yırtığının ölçüsü heç bir halda cərrahi və ya konservativ müalicəyə göstəriş üçün rol oynamır və əhəmiyyətsizdir.Əhəmiyyətli olan disk yırtığının yerləşməsi və pasientdə müşahidə edilən nevroloji əlamətlərdir.
Cərrahi müalicəsi günümüzdə 20-25 dəqiqə davam edən mikro və endoskopik diskektomiya şəklində atravmatik səviyyəyə gəlib çatmışdır.Pasientlər əməliyyatdan 3-4 saat sonra qaldırılıb,gəzdirilərək,həmin gün ərzində xəstəxanadan evə yazılırlar.